"Düşmənin gözünün qabağında bayrağımızı qaldırdım"

  • 18.11.2020
  • 0

Vətən müharibəsində Azərbaycanın minlərlə qəhrəman oğulları uğurlara imza atdı. "Daşaltı qartalı" ləqəbi verilən 23 yaşlı Əmanət Ağaşov da işğaldan azad olunan cənnət-məkan torpaqlarımıza bayraq sancan yüzlərlə qəhrəmandan biridir. Xezerxeber.az-ın məlumatına görə, Sabirabad rayon sakini olan qəhrəmanımız hərbi xidməti başa vurub gəldikdən sonra yenidən 2017-ci ildən ordu sıralarına yazılıb. O vaxtdan milli ordumuzda hərbi təlimlər keçən Əmanət Ağaşov 2020-ci il sentyabr ayının 27-dən Qarabağımızın azadlığı uğrunda başlayan döyüşlərə qatılıb. Əmanət Ağaşov Füzuli istiqamətində gedən döyüşlərdə yaralanaraq ağır kəllə-beyin travması alıb, amma həkimlərin təkidinə baxmayaraq yenidən döyüşlərə qatılıb. Və adı kimi ona əmanət olunan şanlı üçrəngli bayrağımızı Daşaltı kəndinə sancıb. Qazimizin sözlərinə görə, doğma torpaqda bayrağı sancmaq hissini sözlə ifadə etmək çətindir. Əmanət Ağaşov bildirir ki, gənc nəsil torpaqlarımızın qədrini daha yaxşı bilməlidir. Çünki torpaqlarımız sözün əsl mənasında qan və canla alınıb. Əmanətin dayısı və müəllimi Eldar Rizvanov da hamı kimi onunla qürur duyduqlarını bildiriblər. Hazırda qazimizin tək istəyi tezliklə sağlamlığına qovuşub yenidən hərbçi dostlarının yanına qaytmaqdır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?