"Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək"

  • 23.11.2020
  • 0

"Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar". APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilən Ağdam şəhərinə səfəri zamanı deyib. Prezident bildirib ki, düşmən evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə edib: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər".