Dünyada bu gün - 6 iyun

  • 06.06.2021
  • 0

1. 1920-ci il iyunun 6-da Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Tala kəndinin imamı Şeyx Hafiz Əfəndinin başçılıq etdiyi üsyançıların sayı ilk günlərdə 1000 nəfərə çatıb. 

2. Müasir rus ədəbi dilinin banisi, şair və dramaturq Aleksandr Sergeyeviç Puşkin 1799-cu il iyunun 6-da Moskvada anadan olub. 1811-ci ildə Çarskoe Selo liseyinə qəbul olub.

3. Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor, pedaqoq, ictimai xadim Zəfər Əlipaşa oğlu Nemətov 1917-ci il iyunun 6-da Bakıda anadan olub.

4. Azərbaycanın əməkdar rəssamı, ilk monumentalçı qadın heykəltəraş Münəvvər Məcid qızı Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olub. Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil alıb.

5. Azərbaycan aktyoru, həkim Arif Teyyub oğlu Mirzəquliyev 1931-ci ilin iyununda Bakıda doğulub. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 

6. Azərbaycanın xalq artisti, opera müğənnisi Xuraman Əkrəm qızı Qasımova 6 iyun 1951-ci ildə Bakıda anadan olub. 

7. Azərbaycanın Milli Qəhrəmanı Vəzir İsa oğlu Sədiyev 6 iyun 1961-ci ildə Gürcüstanın Marneuli rayonunun Aşağı Qullar kəndində doğulub. 

8. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Faiq Alış oğlu Ağayev 6 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində doğulub. 

9. Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Şahin oğlu Məmmədov 1967-ci ilin iyununda Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 

10. Şəhid Anar Kərəm oğlu Məmmədov 1984-cü il iyunun 6-da Cəbrayıl rayonunun Dağ Tumas kəndində anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. 

11. Şəhid Ağaəmi Elçin oğlu Heybətov 6 iyun 1993-cü ildə Bakının Buzovna qəsəbəsində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 

12. Şəhid Elvin Sarvan oğlu Şıxəliyev 1995-ci ilin bu günü Şirvan şəhərində anadan olub. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 

13. Şəhid Ruslan Ramiz oğlu Məmmədov 1997-ci il iyunun 6-da Sumqayıt şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. 

14. Şəhid Süleyman İlham oğlu Şirəlizadə 6 iyun 2001-ci ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 

15. Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Əhməd bəy oğlu Köçərlinin anım günüdür. O, 1863-cü il yanvarın 26-da Şuşada anadan olub. 

16. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası, Prezident təqaüdçüsü Zəroş Mirzəbağır qızı Həmzəyeva da bu gün xatırlanır. O, 22 mart 1925-ci ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində doğulub. 

17. Filosof, ədəbiyyatşünas və tənqidçi, "Mütləqə inam" təliminin yaradıcısı Asif Atanın xatirə günüdür. Asif Qasım oğlu Əfəndiyev 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək rayonunun Çaykənd kəndində anadan olub. 

Nə düşünürsən?