Döyüş təyyarəsi nüvə raketləri atdı

  • 24.11.2020
  • 0

ABŞ B61-12 tipli nüvə bombasının tam ölçülü modelini ilk dəfə F-35A döyüş təyyarəsində sınaqdan keçirib. Redaktor.az xəbər verir ki, 10500 fut yüksəklikdən atılan bombanın 42 saniyədə hədəfə çatdığı qeyd olunub. ABŞ Enerji Nazirliyi, Milli Nüvə Təhlükəsizliyi İdarəsi nəzdində fəaliyyət göstərən Sandia Laboratoriyası tərəfindən verilən açıqlamaya görə, nüvə komponentləri olmayan bomba modelini F-35A təyyarəsi ilə Nevadadakı Tanopa Test Sahəsində sınaqdan keçirilib. Sınağın uğurtla yerinə yetirildiyi vurğulanıb.