Dövlət başçısının uğurlu informasiya strategiyası

  • 14.04.2021
  • 0

Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik və operativlik kimi prinsiplərə əsaslanır. Milli maraqların müdafiəsi baxımından ölkə həqiqətlərinin müasir üslubda dünyaya çatdırılması, cəmiyyətin məlumatlandırılması kimi mühüm amillər dövlt başçısının siyasətinin bir hissəsini təşkil edr. Millət vəkili Vüqar İskəndərov bildirid ki, həm müharibə, həm də pos-müharibə dövründə baş verən prosesləri xarici ölkələrin nüfuzlu şəxslərinin diqqətinə çatdırması prezidentin uğurlu diplomatiyasından xəbər verir.

Prezident İlham Əliyev müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb sualları peşəkar formada cavablandırmaq bacarığı ilə hər zaman diqqət çəkir. Yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə məlumat verməklə yanaşı, regionda sülhün, əmin-amanlığın təmin olunmasında da mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə 30-a yaxın dünyanın aparıcı mediasına müsahibələri, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, dövlət başçısı daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.

Nə düşünürsən?