Dolların bahalaşması ilə bağlı vacib açıqlama

  • 21.06.2021
  • 0

İnvestorlar FES-dən gözlənə biləcəyindən daha sərt siqnallar aldılar. 2023-cü ildə faiz dərəcələrinin artımını artıq FES-in 18 komitə üzvündən 13-ü gözləyir. Əvvəlki iclasda bu rəqəm 7-yə bərabər idi. Bundan başqa 11 nəfər 2 faiz artım gözləyir. Bu, FES-in faiz traektoriyasında birdən-birə bir qədər iri addımlarla addım atması anlamına gəlir. Ona görə də dollar bahalaşdı.

Oxu24.com xəbər  verir  ki, Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında “İnvestor” radio proqramının müəllifi Emin Quliyev deyib. O bildirib ki, bu bahalaşma müvəqqəti xarakter daşıyır:

“Bahalaşmaya təsir edən ikinci məsələ isə FES-in artıq aktivlərin alış proqramının həcminin azalmasını müzakirə etməyə başlamasıdır. Onlar bu addımı nə vaxt atacaqlarını isə növbəti iclasların birində açıqlayacaqlar.

Lakin hesab edirəm ki, dolların bahalaşması müvəqqəti xarakter daşıyır. Çünki biz inflyasiyanın sürətlənməsinə fikir versək, FES inflyasiyanı tam cilovlamaq üçün faiz dərəcəsini  o qədər də artıra bilməz.

Ən azından ona görə ki, onlar faiz dərəcələrini artıranda ABŞ-ın dövlət borcuna xidmət göstərməsi çətin olacaq. Bu isə büdcə defisiti ilə nəticələnəcək”.