Dmanisidə barışığa nail olundu

  • 18.05.2021
  • 0

Gürcüstanın Dmanisi bölgəsində iki gün öncə yerli azərbaycanlılarla etnik azlıq olan svanlar arasında baş verən insident tərəflərin barışması ilə sakitləşdi. Əraziyə ezam olunan Gürcüstanın hökümət və dövlət nümayəndələri açıqlamalarında bildirdilər ki, Dmanisidi yaşayan azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır və dövlət daim onların hüquqlarını qorumalıdır.

Tərəflər arasında barışıq olub və Gürcüstan rəsmiləri yaranmış vəziyyətə etnik zəmində baş verən qarşıdurma donu geyyindirməyə icazə verilməyəcyini də açıqlayıblar. Gürcüstan və Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə malik ölkələrdir. Parlamentari (Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı) onu da bildirdi ki, Gürcüstan hökuməti baş verən faktı lazımi qaydada araşdırmalı, mümkün olan hər vasitə ilə dostcasına olmayan istənilən qrupların və ya tərəflərin etnik məsələləri gələcəkdə də manipulyasiya etməsinə mane olmalıdır.

Baş vermis hadisə ilə bağlı saxlanılanlar isə artıq sərbəst buraxılıb. Gürcüstanın daxili işlər naziri Vaxtanq Qamelauri açıqlamasında İnsidentlə bağlı heç kimin həbs edilməycəyini açıqlayıb.

Dmanisi Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Süleymanov da REAL-a açıqlamasında rayonda artıq sakitliyin hökm sürdüyünü dedi. O ki qaldı yaşanan insidentə, icra başçısının müavini burada üçüncü qüvvələrin və medianın rolunu xüsusilə qeyd etdi.

Gürcüstan parlamentində daim Azərbaycan dövlətinin mövqeyini dəstəkləyən millət vəkili Azər Süleymanov isə deyir ki, artıq 6-7 ildir ki, Gürcüstanda yaşayan azərbaycanlılara qarşı ayrıseçkilik siyasəti yürüdülür və bu insident ilk deyil. Bundan əvvəl də svanlarla azərbaycanlılar arasında problem yaşanıb və hazırda polis idarələrində bununla bağlı baxılmamış yüzlərlə ərizə var.

Azər Süleymanov o nu da əlavə etdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmağı Gürcüstanda yaşayan azərbaycanlıların ruh yüksəkliklərini artırdı:

“Biz Vətən müharibəsində şəhid verən azərbaycanlılardanıq. Başqa ölkənin vətəndaşı olaraq Gürcütanı daim müdafiəyə hazır olsaq da, milli mənsubiyyətimiz, azərbaycanlı olmağımız hər şeydən üstündür”.

Xatırladaq ki, mayın 16-da Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup etnik svan azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib. Bu hadisənin cəzasız qaldığını görən azərbaycablılar növbəti günü rayon meriyasını önündə etiraz aksiyası keçirdərək günahkarların cəzalandırılmasını tələb ediblər.

REAL

Nə düşünürsən?