DİQQƏT! Cərimə olunmamaq üçün mütləq İZLƏYİN

  • 24.04.2021
  • 0

Yol polisi avtomobillərində quraşdırılan “İ-Patrul” sistemindən düzgün istifadə edilməməsi barədə şikayət var.

Vətəndaş Kamal Yusifov bildirir ki, Ucar rayonu daxilində magistral yolda özünə məxsus “Mercedes” markalı 25 BX 360 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən yolun əks tərəfində olan yol polisi xidməti avtomobilinə quraşdırılan “İ-Patrul” sistemi onu radara salıb.

K.Yusifov qeyd edir ki, sürətin 100 km/saat müəyyən edildiyi yerdə 113 km/saat sürətlə hərəkət edib, elə “İ-Patrul” tərəfindən bu sürət qeydə alınıb. Lakin ona həmin ərazidə sürətin 90 km/saat olduğuna dair elektron protokol yazılıb və iddia olunub ki, sürücü Kamal Yusifov sürət həddini aşıb.

Hüquqşünas-ekspert Ərşad Hüseynov açıqlamasında bildirib ki, “İ-Patrul” sistemi ilə təchiz edilmiş yol polisi xidməti avtomobillərinin sürücülərin sürətini ölçərək cərimə protokolu tərtib etməsi ilə bağlı qanunda konkret müddəlar var:

“Onlar yalnız üzərində radar yazılan 6.14 informasiya stendi olan, ya da sürətin məhdudlaşdırıldığı 3.24 nişanı quraşdırılan ərazidə işləyə bilərlər. Həm də yaşayış məntəqələrindən kənardadırsa, bu nişandan 150-1000 metr məsafədə sürəti ölçə bilərlər.

“İ-Patrul”lar yalnız 3.24 və 6.14 nişanlarının qüvvədə olduğu zonada işləyə bilərlər. Bu qeyd etdiyiniz faktda da güman ki, belə olub ki, əvvəlcədən radar 90 km/saat sürətə tənzimlənib, amma bunun ardınca da sürücü sürətin 110 km/saat müəyyən edildiyi əraziyə daxil olub. Lakin sürət 90 km/saat ayarlandığı üçün sistem avtomatik olaraq sürücünü radara salıb”.

Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Namidan Priyev açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı araşdırma aparılıb:"Burada vətəndaş haqlıdır, ona protokol texniki olaraq səhv yazılıb. Vətəndaş bununla bağlı elektron müraciət etsin və həmin protokola xitam veriləcək".

Mənbə: Qafqazinfo.az

Nə düşünürsən?