Dini ayinlər video formatda icra olunacaq

  • 10.04.2021
  • 0

Aprelin 14-dən Ramazan ayı başlayır. Ötən il olduğu kimi bu il də müqəddəs aya dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil oluruq. Yoluxmaların artma təhlükəsi olduğundan xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin keçirilməsi hələ ki, tövsiyə edilmir.

Bunu REAL-a müsahibəsində ilahiyyatçı Hacı Şahin Həsənli dedi. İlahiyyatçı bildirib ki, keçən il olduğu kimi, bu il də xütbələr və dini ayinlər video formatda icra olunacaq.

İlahiyyatçı bildirdi ki, Ramazanın vacib qaydalarından biri də süfrə açıb yaxınlarını masa ətrafına dəvət etməkdir. Amma pandemiyaya görə, bunu icra etməsək, gunah sayılmaz.

Ötən il Azərbaycanla yanaşı, digər müsəlman ölkələri də yoluxmanın miqyasının geniş yayılmasını nəzərər alaraq qapanmalara getdi.

Effektiv nəticə əldə olunduğundan Türkiyə, İran və ərəb ölkələri bu il də Ramazan tədbirlərini məhdudlaşdıracaq. Çünki həmin ölkələrdə vəziyyət daha acınacaqlıdır. Buna görə də dünyada vaksinlərin vurulmasına başlanıb.

Bəs Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil edir yoxsa, yox?

İnsanlar hər zamanki kimi ənənələrə uyğun olaraq fitrə zəkatı da çıxarmalıdır. Məscidlərə getmədən yaxın ətraf çərçivəsində - imkansızlıara, fəqir-füqaraya istənilən yardımı etmək mümkündür.

Nə düşünürsən?