Din xadimləri Ağdama səfər etdi

  • 07.04.2021
  • 0

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimlərinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başa çatıb. Səfər çərçivəsində din xadimləri Qarabağ xanlarının abidələr kompleksini və İmarət qəbiristanlığını ziyarət edib,

Ermənistanın müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.

Daha sonra din xadimləri Ağdamın Şəhidlər xiyabanında olublar. Orada dəfn olunan Azərbaycanın Milli Qəhrəmanları - Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digərlərinin məzarını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar. Səfər iştirakçıları Ağdam Cümə məscidinə gələrək, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılıblar.

Səfərdə iştirak edən dini konfessiya rəhbərləri və digər nümayəndələr düşmənin Ağdamda törətdiklərini insanlıq əleyhinə cinayət adlandıraraq, bu ərazilərin tezliklə abadlaşacağına inandıqlarını bildiriblər.

Səfərin sonunda dini konfessiyaların rəhbərləri və din xadimləri Qiyaslı məscidində olublar.

Nə düşünürsən?