Deputatlar şəhid ailəsinə hədiyyə göndərdi: Duş geli, ətir...

  • 19.11.2020
  • 0

Milli Məclisin deputatı Anatoliy Rafailov Xaimoviç Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikovun ailəsinə göndərdiyi sovqat qəzəbə səbəb olub. Bu barədə şəhidin yaxın qohumu Səma Aydəmir məlumat yayıb. O bildirib ki, şəhidin dəfnində iştirak etməyən, 53 saylı Quba-Qusar dairəsindən olan millət vəkili Anatoliy Rafailov şəhid ailəsinə “üzrxahlıq sovqatı” olaraq duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü göndərib. S.Aydəmir əlavə edib ki, şəhidin ailə üzvləri deputatın göndərdiyi bağlamanı bələdiyyəyə qaytarıb. Sonra isə Rafailovun köməkçisi yenidən xahiş-minnətlə bu paketi geri gətirib.

Nə düşünürsən?