“COVID-19“ xəstəsinə cinayət işi açılıb

  • 06.04.2021
  • 0

Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstəsinə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan REAL-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, Gəncə şəhər sakini Vüsal Abdullayev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyənləşib.

DİN əməkdaşları onun yerini müəyyən edərək yaşadığı evə göndərib.

Fakla bağlı Cinayət Məcəlləsinin Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.