Çölçü Klubu haqqında

  • 28.03.2018
  • 0

“Çölçü klubu” “Çölçü klubu”nun əsası 2015-ci ildə rejissor, yazar Eltən Qədimbəyli tərəfindən qoyulub. “Çölçü klubu” - sosial klubu elm, sənət və iş dünyasındakı yaradıcı adamların birliyidir. Çölçü onlara həm toplumun içində həm də doğada (təbiətdə ) diribaş və şən yaşamağın asan yollarını axtarmağa həvəsləndirən , hərkəsin əslində bildiyi ama unutduğu önəmli yaşam biçimini xatırladan öyüdlər verir. Çölçü yaşam biçimi şəkilləndirən "Çölçü Törəsi" dir. Çölçü axınları Çölçü axınları “Çölçü klubu”nun təşkil etdiyi dağ-meşə gəzintiləridir. Çölçü axınlarına günü-gündən marağın atmasının səbəblərindən biri də bu doğadakı (təbiətdəki) axınlarda keçirilən çağın (zamanın) təkcə əyləncə yox, həm öyrədici olmasıdır . Çölçü axınları zamanı axına qoşulan çölçülərə ənənəvi çöldə diribaş olmaq ( həyatda qalma ) türk oxçuluq ,danışıq ,musiqi və rəqs kimi bilik və bacarıqlar öyrədilir. Qatılımcılarını lüks və konfortdan uzaqlaşdıraraq,çıxılmaz durumlarda çöldən və içəridən gücləndirməsi üçün məşgələlərdən keçirərək onları öz yaşamlarında daha sağlam diribaş olmağını şəkilləndirir. -Çölçü axınlarında keçirilən bəzi öyüd və məşgələlər : ÇÖLDƏ (təbiətdə ) diribaş qalma Atəş yandırma, Sığınacaq hazırlama, Yemək tapma ,hazırlama, Bitkilərı tanıma , izçilik , oxçuluk, nizə atma, atminmə , musiqi , bilgi yarışmaları , danışıq məşgələləri, özçağlama , içdən durulma (psixoloji hazırlıq ), Yarandığı gündən bu günə qədər “Çölçü klubu” çölə - dağlara, dağ çaylarına, şələlə və bulaqlara, meşələrə onlarla axınlar təşkil edib. Bu günə qədər “Çölçü klubu”nun axınlarında 700-dən çox müxtəlif yaş qruplarından olan şəxslər iştirak edib. Axın iştirakçılarından ən kiçiyinin 3, ən yaşlısının isə 65 yaşı olub. Bu iştirakçılardan çoxları daimi axına qatılanlara çevriliblər. “Çölçü klubu” mütəmadi olaraq Youtube-dəki rəsmi kanalında Çölçü axınlarının video hesabatlarını və müxtəlif televizya verilişlərini hazırlayaraq yayır, kulubun sosial şəbəkərdə rəsmi səhifələri fəaliyyət göstərir. Klubun təşkil etdiyi bir-birindən maraqlı tədbirlərdən sosial şəbəkələrə ---- https://www.facebook.com/colcuklub ; https://www.facebook.com/torechi?fref... https://www.instagram.com/colcuklubu ; https://twitter.com/colcuklubu ; https://www.youtube.com/colcutv ; qoşularaq xəbərdar ola bilərsiz.

Nə düşünürsən?