Co Baydenlə Putin Bakıda görüşə bilər

  • 06.05.2021
  • 0

Birləşmiş Ştatlar və Rusiya Prezidentləri Co Baydenlə Vladimir Putinin gözlənilən görüşü Bakıda baş tuta bilər. Bu barədə “Politico” nəşri məlumat verib.

Keçmiş Birləşmiş Ştatlar rəsmiləri nəşrə açıqlamalarında, nəzərdə tutulan görüşün Çexiya, İslandiya, Sloveniya və ya Azərbaycanın paytaxtında baş tuta biləcəyini bildiriblər.

Qəzet yazır ki, bu ölkələr ümumilikdə bu cür görüşlər üçün “bitərəf” yer hesab olunur. Məqalədə qeyd olunub ki, Reykyavik, Praqa, Lyublyana və Bakı mütəxəssislərə görə potensial namizədlər sırasındadır. Bakının belə bir mötəbər görüşə evsahibliyi etmə ehtimalı yüksək qiymətləndirilir. Politoloq Yeganə Hacıyeva deyir ki, daha əvvəl NATO komandanlığı, Birləşmiş Ştatlar və Rusiya hərbi komandanlığının görüşünün 3 dəfə Bakıda baş tutması paytaxtımızın belə bir platforma üçün namizəd göstərilməsini labüd edir.

Yeganə Hacıyeva görüşün adı çəkilən dörd ölkədən ikisində - Çexiyada və İslandiyabda keçirilməsini az ehtimal edir. Buna səbəb Rusiya ilə bu iki ölkə arasında diplomatik qalmaqalın mövcud olmasıdır.

Qeyd edək ki, artıq Amerikada yaşayan erməni lobbisi fəallaşıb. Birləşmiş Ştatlar Konqresindəki Erməni Milli Komitəsi Bakının namizəd şəhərlər sırasına daxil edilməsini maraqların toqquşması üzərindən arzuolunmaz addım adlandırıb.

Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Bayden arasında görüşün yay ayında baş tuta biləcəyini, amma dəqiq tarix və ölkənin hələ müəyyənləşmədiyini bildirib.

REAL

Nə düşünürsən?