Çində həyat normala qayıdır

  • 16.04.2021
  • 0

COVİD-19 infeksiyasına ilk yoluxmalar Çində aşkarlandığı kimi, onunla mübarizə də ilk dəfə Çində başlayıb.

Elə pandmeiya ilə mübarizədə də ilk qələbəni Çin qazanıb desək yanılmarıq. Çində insanların gündəlik həyatı kiçik istisnalarla pandemiyadan əvvəlki qaydada davam edir

COVİD-19 infeksiyası ilk olaraq Çində ortaya çıxmasına və sürətlə yayılmasına baxmayaraq, hazırda ölkədə epidemik vəziyyət xeyli yaxşılaşıb. Artıq son bir neçə aydır bəzi epizodik yoluxmalar istisna olmaqla daxili yoluxmalar demək olar ki qeydə alınmır, yalnız xaricdən gələn sərnişinlərdə virus aşkarlanır. Bu istisnalardan sonuncusu qonşu Myanma ilə həmsərhəd olan Yünnan vilayətində azsaylı yolxumalar olub ki, müvafiq qurumlar həmin faktların da qonşu ölkə ilə bağlı olduğunu güman edir. Dünyanın müxtəlif ölkələrində son günlər yoluxmaların çoxalmasını əsas götürən Çin hökuməti sərhədlərini açmağa tələsmir. Ölkədə isə həyat öz axarında davam edir. Ticarət mərkəzləri, restoranlar, məktəblər əvvəlki qaydada fəaliyyətini davam etdirir.

COVID-19 pandemiyası fərdi və ümumi sanitar-gigiyena qaydalarına əməl etməyin vacibliyini bir daha üzə çıxarmaqla yanaşı, gündəlik həyatımızda bir çox dəyişiklər etdi, yeni qaydalarla yaşamağa məcbur etdi. Çinlilər isə bu qaydalarla uyğunlaşan ilk insanlar oldular.

Əllərin tez-tez yuluması və xüsusi maddələrlə deiznfeksiya olunması, qapalı məkanlara girişdə QR-kod vasitəsi ilə fərdin sağlamlıq vəziyyəti haqqında məlumatların öyrənilməsi və ən vacibi maska taxılması bu qaydalardandır. Çində açıq havada maska taxmaq məcburi olmasa da, artıq insanlar buna adət ediblər və ehtiyatı yenə də əldən vermirlər. Başqa sözlə desək, maska artıq gündəlik geyim aksesuarına çevrilib.

Epidemiya dövründə maska taxılmalı və əlləri tez-tez yumalıyıq. Çünki maska taxmaq və əlləri dezinfeksiya etmək virusun yayılmasının qarşısının alınmasında böyük rol oynayır. Mən özüm maskasız heç yerə, hətta açıq havaya da çıxmıram. COVİD-19 aradan qalxmayana qədər fərdi qoruyucu tədbirləri davam etdirəm lazımdır.

Düşünürəm ki, epidemiya dövründə hər kəs özünü qorumalıdır. İlk növbədə isə maska taxmaq və fərdi gigiyena qaydalarına əməl etmək olduqca vacibdir.

Çində paralel olaraq əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası davam edir. Ötən ilin dekabrında başlayan vaksinasiya çərçivəsində inidyədək əhaliyə 180 milyon doza peyvənd vurulub.

Çin əhaliyə vurulan peyvənd dozasının miqdarına görə ABŞ-dan sonra ikincidir. Ölkənin səlahiyyətli qurumları iyunadək əhalinin 40 faizini, gələn ilin əvvəlinədək isə 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib.

Vaksinasiyada "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan 3 inaktiv peyvənddən istifadə olunur. May ayından bu siyahıya “CanSino” şirkətinin rekombinant adenovirus peyvəndi əlavə olunacaq.

REAL

Nə düşünürsən?