Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - videosu

  • 09.04.2021
  • 0

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Ermənistan mediasında Bakıdan növbəti hərbi əsirlərin gətirilməsi iddiası yayıldı, lakin daha sonra təyyarənin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kimin olmadığı məlum oldu.

Bu məqamda dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında rəsmi İrəvanın “hərbi əsirlər”lə bağlı iddiasının bir daha əsassız olduğunu açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, nazir bəyan edib ki, hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu məsələ bağlanıb.

“10 noyabr bəyanatından sonra da Azərbaycan öz məsuliyyətli mövqeyini sərgilədi. Azərbaycan tərəfi 10 noyabrdan sonra Ermənistana 70-dən artıq hərbi əsir verdi, Ermənistan isə Azərbaycan tərəfinə 12-ə qədər hərbi əsir qaytarıb.

Hazırda Ermənistan tərəfindən qaldırılan məsələ 10 noyabrdan təqribən bir ay sonra yaranan bir məsələdir. Azərbaycan hərbi qüvvələri tərəfindən nəzarət olunan, 10 noyabr razılaşmasına əsasən Azərbaycanın nəzarətində olan ərazilərdə Ermənistan hərbçilərin yerləşdirilməsi, təxribatlar törədilməsi nəticəsində 4 nəfər Azərbaycan hərbçisi həlak olub, bir mülki şəxs yaralanıb”, - deyə XİN rəhbəri qeyd edib.

Nə düşünürsən?