Ceyhun Bayramov Türkiyəyə gedir

  • 17.06.2021
  • 0

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Bu barədə REAL-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 

***

11:41

REAL TV-nin Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov 18-20 iyun tarixləri arasında Belekte keçiriləcək “Antalya Diplomatiya Forumu”nda iştirak etmək üçün bu gün Türkiyəyə yola düşəcək.

Forumda iştirak edəcək azərbaycanlı rəsmilər arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, Millət vəkili Tural Gəncəliyev də var.

Nə düşünürsən?