Cəmil Həsənlinin qızının videosunu kim çəkib?

  • 30.03.2021
  • 0

Günel Həsənli o videolarda heç olmayıbsa, dövləti nədə ittiham edir?!

Azərbaycan cəmiyyətini sarsıdan və hazırda gündəmin əsas mövzusu olan intim video qalmaqalına dair bir sıra detallar ortaya çıxıb.

Bakupost.az xəbər verir ki, 28 mart 2021-ci ildən etibarən Cəmil Həsənlinin qızı olduğu iddia edilən gənc bir xanımın intim videogörüntüləri ölkənin internet məkanında yayılmağa başlayıb. Məsələyə kəskin reaksiyalar verilib.

Milli Şuranın sədri, professor Cəmil Həsənli dərhal açıqlama verərək videodakı kadrların qızına aid olduğunu təsdiqləmiş və bu görüntülərin gizli kamera ilə çəkilərək yayılmasına görə Azərbaycan hakimiyyətini suçlamışdı.

Bir çox mənbələr milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümündə sanki düzünə qəsdlə, təhlükəsizlik orqanlarını hədəf göstərməklə belə iyrənc videonun yayılmasını birbaşa təxribat əməli hesab etdi.

Azərbaycan iqtidarının, onun müzəffər Prezidentinin reytinqinin ən yüksəkdə olduğu bir zamanda, müxalifət düşərgəsinə dialoq təkliflərinin edildiyi, yeni siyasi konfiqurasiyanın qurulduğu bir dönəmdə belə təxribat, heç şübhəsiz, dövlətə, onun siyasətinə qarşıdır.

"Yeni Müsavat" Media Qrupunun rəhbərinin sorğusuna cavab olaraq dövlətin önəmli və mötəbər qurumlarından verilən açıqlamaların ümumi məzmununu ifadə edək:

“Cəmil Həsənlinin qızı olduğu iddia edilən şəxsin intim görüntülərinin çəkilərək yayılmasının dövlət orqanlarına heç bir aidiyyatı yoxdur. Bu, ilk növbədə dövlətə, onun apardığı siyasətə, dialoq prosesinə və siyasi sistemlərin arasında yaranmaqda olan etibara zərbədir. Dövlətin heç bir strukturu bu çirkin əməldə yer almayıb. Hesab edirik ki, bunu Azərbaycana düşmənçilik edən şəxslər təşkil ediblər. Bu əməli törədənlər (yəni birinin intim həyatını çəkib yayanlar) tapılıb cəzasına çatdırılacaq’’.

Qeyd edək ki, bu mövqeyi yaymağa hazırlaşdığımız bir zamanda Cəmil Həsənlinin qızı Günel Həsənlinin adından açıqlama yayılıb. Ailəyə yaxın mənbələrdən birinin "BBC News Azərbaycanca"ya verdiyi açıqlamaya görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını bildirib.

Nə düşünürsən?