“Caliber”dən “İskəndər” raketləri ilə bağlı iddialara cavab

  • 06.04.2021
  • 0

“Caliber” “İskəndər” raketlərinin qalıqlarının Qarabağa sonradan gətirilməsi kimi cəfəng iddialar səsləndirən dırnaqarası ekspertlərə cavab verib.

Bu barədə layihənin “Youtube” hesabında paylaşım edilib.

“Caliber”in “İskəndər” raketlərinin 44 günlük müharibə zamanı istifadəsi ilə bağlı təhlillərini şübhə altına almağa çalışan “hamam” ekspertlərə cavabı da elə faktlara söykənib.

Layihə həmçinin özünəməxsus tərzdə hər kəsi maraqlandıran sualı “hamam ekspert”lərinə yönəltməyi də unutmayıb: “Sözügedən raketin eksport versiyası, ümumiyyətlə, mövcuddurmu, yoxsa bunu raket texnologiyaları haqqında razılaşma qaydalarından yan keçmək üçün uydurublar?”, “Ümumiyyətlə, Azərbaycan ərazisinə raket buraxan bu operativ-taktiki raket kompleksi kimə məxsusdur?”

Nə düşünürsən?