Buraxılış imtahanları yekunlaşıb

  • 16.04.2021
  • 0

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları yekunlaşıb.

Saat 11-00-da başlayan və 3 saat davam edən imtahanlarda 18367 şagird iştirak edib.

Yenə də şagirdlər üçün ən çətin suallar riyaziyyat fənnindən olub.

Xatırladaq ki, imtahanlar dünən də həyata keçirilib. Ümumilikdə 15-16 aprel tarixlərində keçirilən imtahanlar 25 şəhər və rayonda təşkil olunub.

Qeyd edək ki, imtahanın nəticələri yaxın 3 həftə ərzində açıqlanacaq.

Nə düşünürsən?