Bu xəbər Ermənistanı şoka saldı

  • 21.05.2021
  • 0

Bəzi tiktokerlərin dediyinə görə artıq Zəngəzuru almışıq, irəvana bayraq sancımışıq.
Bir çox yutub kanallarımız və mənşəyi məlum olmayan saytlarımız isə qızğın müharibə aparır.  
Əslində isə bu informasiyaların bizə heç bir faydası yoxdur. 

Bunu birdəfəlik bilmək lazımdır  ki, Azərbaycanın ermənistanın beynəlxaq səviyədə tanınan  ərazisinə keçmək oranı tutmaq zəbt etmək kimi bir niyyəti yoxdur.
Baxmayaraq ki, oralar tarixi azərbaycan torpağıdır. İndi Azərbaycan yalnız və yalnız sovet dövründə müəyyən olunmuş Azərbaycan və ermənistam sərhədlərini bərpa edir. 
Zəngəzurla bağlı vacib məqam isə  naxçıvana dəhlizin açılması məsələsidir. 
Çünkü bu 10 noyabr bəyantında razılaşdırılıb. 
. Belə bir vaxta Paşinyan bildirib ki, Ermənistan dəhliz məsələsini heç vaxt  müzakirə etməyib və etməyəcək: 
Ermənistanın "Zəngəzur Dəhlizi" ilə bağlı məsələni Azərbaycanla müzakirə etmək niyyəti yoxdur. Bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasında bildirib.  Paşinyan bildirib ki, Ermənistan dəhliz məsələsini heç vaxt  müzakirə etməyib və etməyəcək: “Regional kommunikasiyaların açılması siyasi gündəmimizdədir, lakin bu məsələnin Azərbaycanın siyasi dairələrinin təbliğ etməyə çalışdığı “dəhliz”lə heç bir əlaqəsi yoxdur”.
Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoriyan iştirak ediblər. Üçtərəfli işçi qrupun ilk iclasında 10 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu bəndinin icrasından irəli gələn məsələlərə, həmçinin 11 yanvar 2021-ci il tarixli Bəyanatın  bəndlərinə baxılıb.  
Yeri gəlmişkən,   10 noyabr bəyanatının 9-cu bəndi Ermənistanda hakimiyyətə müxalif olan siyasi qüvvələrin hiddətinə səbəb olub. Məsələ erkən parlament seçkiləri ərəfəsində daha da kəskinləşdi və  Paşinyan siyasi rəqiblərinin başlatdığı küçə etirazçılarının təzyiqlərinə məruz qaldı.
Bu arada Rusiya Prezidenti Vladimir Putinin martın 11-i və 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışığında da məhz   iqtisadi və nəqliyyat kommunikasiyaları üzərindən blokadanın götürülməsindən söz açılıb,  Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupun fəaliyyəti müsbət qiymətləndirilib.
Yeri gəlmişkən, Azərbaycan üçtərəfli bəyanatın doqquzuncu bəndini həyata keçirmək əzmindədir.

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”. Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. O bildirib ki,  Azərbaycan Zəngəzur dəhlizini icra edəcək, Ermənistan bunu istəsə də, istəməsə də: “İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
Bu il aprel ayının 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında İlham Əliyev bu məsələyə bir daha diqqət çəkib: “Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvana səfəri zamanı bu məsələyə bir daha diqqət çəkdi: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.
Rusiya hökumətinin yüksək rütbəli məmurlarının son açıqlamaları dolayısı ilə Moskvanın Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarına ciddi riayət olunmasına dair mövqeyinin dəyişməzliyinə dəlalət edir.

Belə ki,  Kazanda Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində Rusiyanın Baş naziri Mixail Mişustin Nikol Paşinyanla keçirilən görüşündə  üçtərəfli bəyanatların icrası, bu kontekstdə nəqliyyat əlaqələrinin bərpası məsələsinə toxunub.  Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra qəbul etdikləri bəyanatların birgə iş üçün böyük imkanlar açdığını deyən Mişustin  bildirib ki,  bu, ilk növbədə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması, yeni infrastruktur marşrutlarının yaradılmasıdır. Bütün bunlar Cənubi Qafqaz bölgəsinin davamlı inkişafı üçün şərait yaradacaq.

Nə düşünürsən?