Brayza: Zəngəzur dəhlizini onlar istəmir

  • 16.04.2021
  • 0

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza hesab edir ki, Zəngəzur nəqliyyat dəhlizi Şimal-Cənub layihəsinin bir hissəsi ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı diplomat Yutubda video sorğu zamanı qeyd edib.

Onun sözlərinə əsasən, Zəngəzur dəhlizinin reallaşması mühüm iqtisadi və geostrateji tərkibə malikdir.

Metyu Brayza əmindir ki, Zəngəzur dəhlizi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyənin nəqliyyat infrastrukturlarını özündə birləşdirəcək, irimiqyaslı regional layihələrə sərmayə yatırmaq üçün yeni imkanlar açacaq.

“Dəhliz sənaye zonaları arasında əməkdaşlığın inkişafı baxımından fəal şəkildə istifadə oluna bilər. Zəngəzur dəhlizinin reallaşmasına İrəvanın Bakı və Ankara ilə iqtisadi əlaqələri və hərtərəfli əməkdaşlığını qurmaq istəməyən erməni “revanşistlər” etiraz edəcək”, - deyə o vurğulayıb.

Nə düşünürsən?