Bizi Qarabağ savaşının içinə necə ata bilərsən? - Ərdoğan

  • 02.06.2021
  • 0

Türkiyəni bu şəkildə küncə sıxışdıranlar dostluğumuzu itirərlər.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Gərginliyin səbəbi nədir? Bu qondarma "erməni soyqırımı"dır, hər il aprelin 24-də ABŞ ermənilər haqqında nə söyləyəcək? Qoy, tarixçilər bu işi görsünlər, tarixçilər çalışsınlar. Bütün bu araşdırmalardan sonra qarşımıza çıxan tabloda lazımi addımları ataq.

Azərbaycan-Ermənistan problemini həll edə bilmədilər. Sonda Azərbaycan öz göbəyini özü kəsdi. Burada da heç bir əlaqəsi olmadan Türkiyəni necə bu məsələnin içinə ata bilərsən? Etmək istədiyiniz bir şey varsa, NATO müttəfiqimiz kimi gəlin, bu işi aparaq, sonra danışaq. Biz bir qəsəbə dövləti deyilik, Türkiyə Cümhuriyyətiyik", - Ərdoğan qeyd edib.

Nə düşünürsən?