Beynəlxalq Bankda vaksinasiya aparılır

  • 30.04.2021
  • 0

Nazirlər Kabinetinin COVID-19 infeksiyası əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq bu gün Azərbaycan Beynəlxalq Bankın baş ofisində bankın əməkdaşları peyvəndləmə prosesində iştirak edib.

Vaksinasiya prosesin sürətləndirilməsi məqsədilə TƏBİB tərəfindən təşkil edilmiş səyyar briqadaları tərəfindən aparıldı. Bankın onlarla əməkdaşı iş yerlərindən ayrılmadan vaksinasiyada iştirak etdilər.

Qeyd edək ki, aprelin 2-də TƏBİB tərəfindən təşkil olunan səyyar briqadalar mütəmadi olaraq bu və ya digər şəkildə özəl və dövlət qurumlarında vaksinasiya prosesini həyata keçirir.

Xatırladaq ki, Azərbaycan vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb və indiyədək ölkədə 1mln 500 minə yaxın insan peyvənd edilib. Hazırda Azərbaycan əhalisini vaksin edən lider ölkələr sırasındadır.

REAL

Nə düşünürsən?