BDU üçün ağır itki - Dekan vəfat etdi

  • 25.11.2020
  • 0

Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər! Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı vəfat edib. Bu barədə BDU məlumat yayıb. BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Əhməd oğlu Ramazanov vəfat edib. 62 yaşında ölən M.Ramazanov 1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 2005-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayaraq, Nanoaraşdırmalar Mərkəzinin rəhbəri təyin edilib. Dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya sahəsində bir sıra maraqlı elmi-tədqiqat işləri aparıb. 2012-ci ildən Fizika fakültəsinin dekanı idi.

Nə düşünürsən?