Bazarda bu məhsullar bahalaşdı

  • 18.02.2021
  • 0

Paytaxt bazarlarında soğan, xiyar və pomidorun qiymətində artım müşahidə olunur.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusilə soğanın qiymətində bahalaşma var.

Rusiyadan gətirilən soğanın 1 kiloqramı 1 manatdır. Əvvəl soğanın qiyməti 30-50 qəpik civarında idi.

Keşlə bazarında pomidor və xiyarın qiymətində artım müşahidə edilir. Pomidor 2,50 AZN, xiyar isə 5 AZN-ə təklif olunur.

Satıcılar deyirlər ki, son zamanlar bu məhsulların topdan satış qiymətinin dəyişməsi bahalaşmaya səbəb olub.

8-ci kilometr bazarında isə satıcılar alıcı qıtlığından gileylənir. Bu bazarda qiymətlər nisbətən daha ucuzdur.

Nə düşünürsən?