Baş nazirdən bu rayonlarla bağlı sərəncam

  • 14.04.2021
  • 0

Baş nazir Əli Əsədov “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 aprel tarixli 2560 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Qubadlı Hərbi Prokurorluğunun və Kəlbəcər Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. azadinfo.az

Nə düşünürsən?