Baş nazir iclas keçirdi: Yeni qərar qəbul edildi

  • 06.03.2021
  • 0

Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Oxu24.com-a Nazirlər Kabinetindən məlumat verilib.

İclasda şuranın iş planına uyğun olaraq 2020-ci ilin yekunları üzrə maliyyə sabitliyi hesabatı, bank sektorunun cari vəziyyəti və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, İqtisadi Şura tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

 

Nə düşünürsən?