“Bandotdel” 15 kq heroin daşıyan şəxsi həbs etdi

  • 16.03.2021
  • 60 baxış
  • 0

“Bandotdel” maşınında 16 kiloqramdan artıq narkotik daşıyan şəxsi saxlayıb.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş Sənan Zülfüqarov saxlanılıb.

Onun üzərinə baxış zamanı 6 qram narkotik vasitə marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Sənan Zülfüqarovun idarə etdiyi avtomobildən əlavə 15 kiloqram heroin, 1 kiloqram 164 qram marixuana və 30 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Sənan Zülfüqarov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri istintaq tədbirləri davam etdirilir.

Nə düşünürsən?