Bakıda yollar təmizlənir, səkilər yuyulur

  • 27.02.2021
  • 6 baxış
  • 0

Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib
Bakı Şəhər İcra Hakimiyyəti və tabeliyində olan mənzil kommunal idarələrinin əməkdaşları son 3 günü gücləndirilmiş iş rejiminə keçərək paytaxtın küçə və prospektlərini günün 24 saatı təmizləmə işlərini davam etdirir.

Yol kənarları, səkilər, və işıq dirəkləri yuyuludu, ictimai iaşə və digər obyektlərin fasad, vitrinləri təmizlənirdi. Təmizlik işlərinə birbaşa nəzarət edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə ərazisində, xüsusilədə Bakıda bir neçə gün bundan əvvəl müşahidə olunan qeyri sabit hava şəraitnin fövqəladə hal kimi qiymətləndirdi. Jurnalistlərər açıqlama verən başçı 12 saatdan çox dayanmadan qarın yağmasının müəyyən çətinliklər yaratdığını vurğuladı.

Hazırda Bakı Şəhər İcra hakimiyyətinin balansında kifayət qədər texnika olduğunu bildirən Eldar Əzizov icra hakimiyyətinin texniki parkının bundan sonra da gücləndiriləcəyini vurğuladı

Qeyd edək ki, təmizlik işləri gün ərzində paytaxtın bütün rayonlarında aparılır, görülən işlər isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Nə düşünürsən?