Bakıda tikinti şirkəti vətəndaşları aldadaraq külli miqdarda vəsait mənimsəyib

  • 19.02.2021
  • 0

Ağasıyeva Nərminə Yaşar qızı “AFRA GROUP COMPANY” MMC-dən şikayətçidir.

Bununla bağlı xanım xəbər saytımıza şikayət məktubu yazıb.

Məktubda bildirilib ki, Ağasıyeva Nərminə Yaşar qızı  “AFRA GROUP COMPANY” MMC-yə  9200 azn pul verərək onun evini təmir etdirmələrini istəyib.

Bundan sonra həmin şəxslər müxtəlif bəhanələr göstərərək pulu ödəyən xanımdan yayınıblar.

Həmin şikayət məktubunu olduğu kimi sizə təqdim edirik: 

"Mən – Ağasıyeva Nərminə Yaşar qızı “AFRA GROUP COMPANY” MMC-nin təmsilçisi Rauf Allahverdiyev və təsiscisi Nəsirova Afaq Tahir qızı adlı şəxs tərəfindən aldadılmışam. 07 avqust 2020-ci il tarixində “instaqramda” tanış olduğum yuxarıda adı qeyd edilən MMC ilə güya müqavilə imzalayaraq mənzilimin təmir edilməsi üçün Nərimanov rayonunda Teymur Əliyev küçəsində yerləşən ofislərində şəxsən Rauf Allahverdiyevə onun köməkçisi Fidanın yanında 9200 azn pul verdim. Mən həmin pulu ondan niyə hesaba köçürüldüyünü soruşanda o mənə bildirdi ki, vergi verməmək üçün pulu nəğd qəbul edirəm. Bundan sonra mən ona növbəti pulu 04.11.2020-ci il tarixində 6900 manat və əlavə 300 manat da olmaqla Teymur Əliyev küçəsində yerləşən ofisdə verdim. Hər iki ofis bir-birinin yaxınlığında idi və Gürcüstan səfirliyinin yanında yerləşirdi.

Bundan sonra mən dəfələrlə Raufla,Afaqla və özünü Raufun köməkçisi adlandıran Fidanla əlaqə saxlasam da onlar məndən yayınaraq müxtəlif bəhanələr gətirərək nə evimi təmir edir nə də pulumu qaytarırlar.

Bu şirkət bir neçə nəfəri aldadıb.Aşağıda qeyd etdiyim müştəri

Həsənov Rövşən Bahəddin oğlu (0552643585) bütün qurumlara müraciət etsə belə heç bir köməklik olunmayıb.

Mən 28 saylı Polis idarəsinə və Nərimanov Rayon Polis idarəsinə müraciət etmişəm , bunla bağlı heç bir xəbər yoxdur.

Prokuraturadan bildirdilər ki,bununla bağlı polis idarəsi məşğul olmalıdır.

Sənədləri əlavədə göndərirəm ( müqavilə,ödənişlər,Raufun şəkili,Fidanın şəkili,Afaqın şəxsiyyət vəsiqəsi və instagramları)

Xahiş edirəm bununla bağlı mənə köməklik edəsiniz

Allahverdiyev Raufun telefon nömrəsi 077 329-74-00

Raufun şəxsi avtomobilinin dövlət qeydiyyatlı nişanı Toyota - 99 VM 897

Nəsirova Afaq Tahir qızı telefon nömrəsi 0558157625

Fidan köməkçi 0552192034"

Məsələ ilə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Nə düşünürsən?