Bakıda maşın oğlanı belə vurdu

  • 13.11.2020
  • 0

Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. APA TV xəbər verir ki, hadisə Salyan şossesində baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Abbasov Ruslan Səbuhi oğlu piyada keçidindən keçərkən onu Honda markalı nəqliyyat vasitəsi vurub. Yaralı hadisə ni törədən sürücü tərəfindən 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Həkimlər ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Nə düşünürsən?