Bakıda daha bir marşrut xəttinə yeni avtobuslar verildi

  • 02.02.2021
  • 0

Bakıda 217 nömrəli müntəzəm marşrut üzrə sərnişindaşımalara iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb edilib. Unikal.org xəbər verir ki, iritutumlu və müasir avtobusların istifadəyə verilməsi ilə bağlı marşrut xəttinin daimi istifadəçiləri olan Məhəmmədi kəndinin sakinləri məmnunluqlarını bildirib. Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə “Koroğlu” NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xətti ilə bağlı da dəyişiklik edilib. Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olub.

Nə düşünürsən?