Bakıda ağır qəza: Sərnişinlərlə dolu avtobuslar......

  • 24.06.2021
  • 0

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.

Qəza nəticəsində sərnişinlərdən 7 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Nə düşünürsən?