Bağlarda dərmanlama işləri aparılır

  • 29.04.2021
  • 0

Artıq bir neçə gündür Quba bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinə başlanılıb. İndiki dövrdə dəmgil xəstəliyinin yayılma riski yüksək olduğundan fermerlər məhz bu xəstəliklə mübarizə aparırlar.

Təsərrüfat sahiblərinin sözlərinə görə, dəmgil xəstəliyinin yayılmasının başlıca səbəbi aprel may aylarında hava şəraitinin soyuq və yağmurlu keçməsidir. Bu il havanın əlverişli keçməsi səbəbindən hələ ki, xəstəlik təhlükəsi olmasa da təsərrüfat sahibləri qabaqlayıcı tədbirləri görməkdədirlər. Bağbanlar bildirir ki, vaxtında dərman preparatlarından istifadə edilməzsə xəstəlik meyvənin xarici görünüşünə mənfi təsir göstərir və nəticə də qiyməti aşağı düşür.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, dəmgil xəstəliyi bağlarda ən çox yayılan xəstəliklərdən biridir. Bu səbəbdən də fermerlər xəstəliklə mübarizə zamanı çətinliklə üzləşərsə mərkəzə müraciət edə bilər.

Qeyd edək ki, Quba rayonunda ümumilikdə 18 min hektardan artıq bağ sahəsi mövcuddur. Bu bağların 14 min kektarını alma bağları təşkil edir. Son dövrdə təsərrüfat sahiblər daha çox yeni – superintensiv tipli bağ sahələri salmağa üstünlük verirlər. Bu bağlar həm xəstəlik və zərərvericilərə qarşı dözümlüdür həm də məhsuldarlığı yüksəkdir.

REAL

Nə düşünürsən?