“Azərişıq” ilə bağlı məqalə dərc edildi

  • 15.02.2021
  • 0

OPSİ şirkətinin rəsmi internet səhifəsində “Azərişıq” ASC ilə bağlı məqalə dərc edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əsaslı islahatlar davamlı olaraq həyata keçirilir. Dövlətin son illər elektroenergetika sahəsində paylayıcı şəbəkəyə yönəltdiyi diqqət nəticəsində  “Azərişıq” ASC-nin müasir standartlara uyğun yenidən qurulması və inkişafı mənzil qərargahı Paris şəhərində  yerləşən, Dövlət sektoru yeniliyi üçün qlobal form olan “OPSİ” şirkətinin diqqətindən yayınmayıb.

Unikal.org xəbər verir ki, OPSİ şirkətinin rəsmi internet səhifəsində “Azərişıq” ASC ilə bağlı dərc edilən məqalədə elektron xidmətlər nəticəsində sahibkarın bir pəncərə sistemi vasitəsilə elektrik bağlantısı üçün onlayn müraciətlərindən bəhs edilir. Sahibkarın elektrik enerjisi ilə təmin edilməsi 10 iş günü ərzində yerinə yetirilir. Məqalədə, son 10 ildə Azərbaycanın, ölkənin iqtisadi və sosial tərəqisi üçün əsas amil olaraq Dövlət Sektorunun çatdırılma imkanlarından danışılır.
Son illərdə respublikamızda enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər öz miqyası və əhəmiyyəti ilə seçilir. İstehlakçıların etibarlı, təhlükəsiz və keyfiyyətli  elektrik enerjisi ilə təchiz olunması üçün “Azərişıq” tərəfindən elektrik şəbəkələrinin əsaslı surətdə yenidən qurulması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir.

Bunlardan biri də,  “Azərişıq” ASC-də sahibkarların mövcud və ya tikilməkdə olan binalarına 150 kilovata qədər elektrik enerjisi verilməsi üçün yenilikçi və inkişaf etmiş elektron-xidmətin yaradılmasıdır.

Məqalədə həmçinin vurğulanır ki, islahatların əsas məqsədi 100% elektron xidmət göstərmək, vətəndaşların xərclərini və vaxtlarını azaltmaq, şəbəkəyə qoşulmaq üçün müraciət müddətini  azaltmaq, şəffaflığı artırmaq, korrupsiya qarşı mübarizəni gücləndirmək, daha yüksək minimumstandartlara cavab vermək, peşəkarlıq səviyyəsini yüksəltmək və vətəndaşlara qarşı etik qaydalara daha yaxşı əməl etməkdir.

OPSİ şirkətinin məqaləsində qeyd edildiyi kimi, Yeni islahatlara görə, sahibkar Azərişıq saytını ziyarət edərək birpəncərə sistemi vasitəsi ilə elektrik enerjisi əldə etmək üçün onlayn müraciət edir və bu prosesi sona qədər izləyə bilir.

Yeniliyin özünəməxsusluğu ondadır ki, dövlət işçisi ilə sahibkar arasında heç bir əlaqə yoxdur - təşəbbüskar yalnız elektron sistemlə əlaqə qurur.

Nə düşünürsən?