“Azərenerji” Suqovuşandakı SES-lərin təmirinə başladı

  • 12.01.2021
  • 99 baxış
  • 0

“Azərenerji” işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb. Unikal.org xəbər verir ki, aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerji paylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.