Azərbaycanlıların Qarabağa qayıdışı ilə bağlı rəsmi açıqlama

  • 23.04.2021
  • 0

Bəzi yaşayış məntəqələrimizdə məskunlaşma prosesinin daha tez
reallaşdırılması mümkündür.

Oxu24.com xəbər  verir  ki, Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Vüqar
Bayramov deyib. “Qarabağdakı yaşayış məntəqələrimizdən bəzisi daha
qısa zamanda məskunlaşmaq üçün hazır olacaq. Məsələn, Hadrutun qısa
zamanda bərpası mümkündür. Bundan başqa bəzi kəndlərimizin model
olaraq bərpası nəzərdə tutulduğu üçün artıq bununla bağlı konkret
vaxtlar elan olunacaq”.

Millət vəkili onu da qeyd edib ki, Qarabağda aparılan bərpa prosesində
iştirak etmək üçün Macarıstan, İran və Pakistan tərəfindən təşəbbüs
olub.

“Beynəlxalq maliyyə qurumları azad olunan ərazilərimizin bir qisminin
bərpasında iştirak etmək niyyətindədir. Bu, prosesə daha çox
sərmayənin cəlb edilməsi üçün vacibdir. Hesab edirəm ki, 4 mərhələli
Böyük Qayıdışın birinci və ikinci mərhələsində beynəlxalq maliyyə
qurumlarının vəsaitləri çox önəmlidir. Onların sərmayəsi hesabına
infrastrukturun qurulması və bərpa prosesinin qısa zamanda başa
çatması mümkündür. Hazırda bu istiqamətdə intensiv işlər görülür.

Böyük Qayıdışın 3 və 4-cü mərhələsində isə yerli kiçik və orta
sahibkarlar cəlb edilə bilər”.

Ətraflı video məlumatı təqdim edirik: