Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi

  • 17.05.2021
  • 0

Qusar rayon prokurorunun kömıkçisi qəfil dünyasını dəyişib.

Modern.az-ın əldə etdiyi məlumata görə, prokurorun köməkçisi, 45 yaşlı Elşən Məmmədov ürəktutmasından vəfat edib. Elşən Məmmədov ürəyindən müalicə olunurdu, aprelin 20-dən mayın 7-dək səhhətinə görə məzuniyyətdə olub. Mayın 7-də işə çıxanda özünü təkrar pis hiss edib və evə qayıdıb. Mayın 15-dən 16-a keçən gecə saat 00.30-da Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsindəki evində ürəktutmasından vəfat edib.