Azərbaycanda yoluxma düşdü

  • 30.01.2021
  • 0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 230066 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib, aktiv xəstə sayı 3980 nəfərdir. Qeyd edək ki, ölkədə son sutka ərzində 7 244, hazırkı dövrədək isə 2 401 720 test aparılıb.