Azərbaycanda kriminal avtoritettlər tutuldu

  • 02.02.2021
  • 0

Gəncədə kriminal aləmin üzvü olan “İska və Emoş” ləqəbli avtoritetlər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, həmin şəxslərdən odlu silahla yanaşı narkotik vasitə də götürülüb. Növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş “Emoş” ləqəbli Emil Rzayev idarə etdiyi avtomobillə birgə saxlanılıb. Rzayevin idarə etdiyi avtomobilə baxış zamanı oradan naqan tipli odlu silah, üzərindən isə 1,16 qram narkotik vasitə olan heroin aşkarlanıb: “Silahı çayın kənarından körpünün altından tapmışdım. İki-üç il bundan əvvəl tapmışdım elədə saxlayırdım. Torpağın altına basdırıb gizlətmişdim. 10 gün olar çıxardıb təmizlədim saxlayırdım”. Kəpəz rayon Polis İdarəsinin əməkdaşları isə kriminal aləmin üzvü şəhər sakini 43 yaşlı “İsqa” ləqəbli İsmayıl İrzayevi saxlayıb. İrzayevin üzərinə baxış keçirilən zaman ondan 1,88 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat axtarış tədbirlərinə davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvanda baxış keçirilib. Baxış zamanı evdən narkotik vasitə ilə yanaşı odlu silahda aşkar edilib: “Atəşə yararlı odlu silah hesab edilən AK-74 kalaşnikov markalı avtomat, həmin avtomata aid 1 ədəd daraq, darağın içərisində 30 ədəd döyüş sursatı hesab edilən 5-45 kalibrli avtomat güllələri, həmçinin 11,165 qram heroin aşkar edilərək götürülüb”. Ömrünün 14 ilini dəmir barmaqlıqlar arasında keçirən və kriminal aləmdə “İska” ləqəbi ilə tanınan İsmayıl İrzayev narkotik istifadəçisi olduğunu, həmin heroini də bir neçə ay əvvəl Bakı şəhərindən aldığını etiraf edib. İsmayıl İrzayevin üzərindən və evindən aşkarlanan narkotik vasitə ekspertizaya təqdim olunub.

Nə düşünürsən?