Azərbaycanda icra hakimiyyətləti ləğv olunur?

  • 14.02.2021
  • 2K baxış
  • 0

Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər.
Buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.

Hazırda icra hakimiyyətlərinin ləğvinin nə cür həyata keçirilməsi müzakirə mövzusuna çevirilib.

Azərbaycan qanunvericiliyinə görə, idarəetmənin bu forması Prezidentinin sərəncamı ilə, yoxsa referendumla həyata keçirilməlidir?

Hüquqşünas Sahib Məmmədov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin I hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər:

“Daha sonra göstərilir ki, icra hakimiyyətlərinin başçılarını Azərbaycan Pespublikasının Prezidenti vəzifəyə təyin edir və vəzifədən azad edir. Bu baxımdan da Prezident iqtisadi rayonlar üzrə icra orqanı yarada bilər, xüsusi nümayəndəlik təsis edə bilər. Amma icra hakimiyyətlərinin ləğv edilməsi üçün mütləq referendum keçirilməlidir. Yəni Prezident idarəetmə formasını, səlahiyyətini, ərazi üzrə əhatəsini dəyişə bilər, amma strukturun adının dəyişilməsi üçün referendum keçirilməlidir. Başqa variant yoxdur”.(Cebhe.info)

Nə düşünürsən?