Azərbaycanda donor çatışmazlığı var

  • 20.04.2021
  • 0

“ÜST-ün məlumatlarına əsasən, dünyada yerinə yetirilən orqan transplantasiyaları mövcud tələbatın yalnız 10 faizini yerinə yetirir”.

Bu haqqda "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirdi.O həmçinin bildirdi ki, Azərbaycanda böyrək və qaraciyər transplantasiyaları həyata keçirilir: “Azərbaycanda donor orqanı çatışmazlığı, meyitdən orqanın köçürülə bilməməsi maneə olaraq qalmaqdadır.

Konfrans zamanı DGK-nin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin rəisi, millət vəkili,konfransın sədri Rəşad Mahmudov bildirdi ki,ölkəmizdə donor orqan və toxumlarına ehtiyacı olan,lakin əməliyyat oluna bilmədiyi üçün həyatını itirən xeyli insan var.Ona görə də hər bir vətəndaş orqan bağışına şəxsi məsələ kimi yanaşıb ən azından təbliğat məsələsində yaxından iştirak etməlidir.

Konfransda iştirak edən Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin Rəisi Mircəlal Kazımi bildirdi ki, təəssüflər olsun ki, Azərbaycanda yalnız canlıdan canlıya orqan transplantasiyası həyata keçirilir. İndiyə kimi Azərbaycanda meyitdən orqan köçürülməsi həyata keçirilməyib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əliman Əmiraslanov isə bildirdi ki, “Son dövrlərə qədər Azərbaycanda donor bəxşişi, xüsusən də meyitdən orqan köçürülməsi ilə bağlı qanunvericilik bazası yox idi”.

Artıq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi hazırlanıb və təsdiqlənib: “İndi isə qanun layihəsinin həyata keçirilməsi üçün mexanizm hazırlanmalıdır.Təbliğatdan başlayaraq, insanlar arasında gərgin fikirlərin aradan qaldırılması istiqamətində işlər aparılmalıyıq.

Nə düşünürsən?