Azərbaycanda dəhşətli hadisə:Yaralılar var

  • 13.06.2021
  • 0

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qarabulaq-Böyük Söyüdlü avtomobil yolunda qeydə alınıb.

Qarabulaq kənd sakini, 1996-cı il təvəllüdlü Qadir Şirin oğlu Babayevin idarə etdiyi "VAZ-21015" markalı avtomobillə "QAZ-53" markalı yük avtomobili toqquşub.

Nəticədə 25 yaşlı Q.Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?