Azərbaycanda bu şəxslərin maaşları iki dəfə artırılır

  • 13.04.2021
  • 0

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.

Publika.az xəbər verir ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Nə düşünürsən?