Azərbaycanda bu şəxsə yüksək vəzifə verilir

  • 14.03.2021
  • 0

Xəbər verdiyimiz kimi,Hesablama Palatasının 4 auditoru eyni vaxtda istefa verib. Onların boş qalan vəzifələrinə Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında təyinatlar olacaq.

 Yenisabah.az xəbər verir ki, boş qalan 4 vəzifə yerindən ikisinə Vəfa Mütəllimova və Cavid Bayramov təyin olunacaq. Artıq onlarla bağlı lazımi təqdimatlar Milli Məclisə göndərilib.

V.Mütəllimova hazırda Palatada çalışır. O, İcmal büdcə və strateji təhlil şöbəsinin müdiridir.

C.Bayramov isə Palatanın Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiridir.

Nə düşünürsən?