Azərbaycan və Tacikistan arasında Əməkdaşlıq Proqramı imzalandı

  • 31.03.2021
  • 25 baxış
  • 0

Bu gün Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə görüşüb.

Bu barədə Unikal.org-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan və Tacikistan arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Tacikistan naziri COVID-19 pandemiyası ilə mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə, xüsusilə pandemiya dövründə tranzit daşımalarında göstərdiyi dəstək və yardıma görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Tərəflər iki ölkənin Xarici İşlər nazirlikləri arasında əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və beynəlxalq formatlarda qarşılıqlı dəstəyin önəmini vurğulayıblar.

İkitərəfli əlaqələrin o cümlədən, iqtisadi, ticarət, nəqliyyat, təhsil, mədəniyyət sahələrində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Belə ki, birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyəti, habelə ADA Universiteti ilə Tacikistanın ali təhsil ocaqları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Hər iki ölkədə qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov tacikistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

Görüşün yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb

Nə düşünürsən?