Azərbaycan və Ermənistan əsgərləri arasında davanın videosu

  • 26.05.2021
  • 0

Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş  vermiş  gərgin anların  video görüntüsü yayılıb.

Oxu24.com xəbər  verir  ki,  videodan da göründüyü  kimi  təxribatçı  erməni  əsgərləri  ərazidə  xidmət  aparan  Azərbaycan  əsgərlərinə  hücum  edir. Nəticədə tərəflər  arasında  qarşıdurma  yaranır.

Sözügedən videonu  Ermənistanın Tert.am saytı  yayıb.  Məlumata  görə, video Syunikdə çəkilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, 

mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib:

Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.

Sərəncamımızda olan məlumata əsasən erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur.

Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır".

Aynur Məcidova

Oxu24.com

Nə düşünürsən?