Azərbaycan şeirləri İtaliyada təqdim edildi

  • 10.05.2021
  • 0

"Söz" ədəbi layihəsi və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İtaliyada Milyon illər sonra görüşdük adlı şeirlər antologiyası çap olunub.

Bu Azərbaycanın gənc şairlərinin İtalyan dilində,həmçinin İtaliyalı müəlliflərin Azərbaycan dilində çap olunan ilk belə antologiyadır.

Çap olunan şeirlərin müəllifləri sırasında REALTV-nin əməkdaşı Mehman Rəsulov da var.Gənc şair qeyd edir ki, şairlərin və yazıçıların arasında yeganə sədd ola biləcək məqam onların müxtəlif dillərdə yazmasıdır.Amma tərcümə də bu problemi aradan qaldırır.

Qeyd edək ki, Mehman Rəsulov müxtəlif mövzularda nəzm nümunələri və "Payız adamı" şeirlər kitabının müəllifi olaraq tanınmış gənc, həmçinin istedadlı şairlərdən hesab olunur.

REAL

Nə düşünürsən?