Azərbaycan parlamentindən Baydenə etiraz

  • 27.04.2021
  • 0

Milli Məclisin iclasında ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı bəyanatı və bəyanatda “genosid” ifadəsini işlətməsi müzakirə olundu. Milli Məclisin sədri Sahibə Qafarova dedi ki, 106 il əvvəl ermənilərin guya soyqırımına məruz qalması ilə bağlı iddia Türkiyə və ABŞ arasında siyasi gərginlik yaradıb. Spiker qeyd etdi ki, Xocalı soyqırımı kimi qətliama göz yumanlar tərəfindən saxta erməni soyqırımı ilə bağlı iddialar səsləndirilməsi müşahidə edilir.

Millət vəkilləri də ABŞ prezidentinin bəyanatını tənqid etdilər və Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirdilər.

Qeyd edək ki, Cozef Baydenin 1915-ci il hadisələrini “genosid” kimi qələmə verməsi Türkiyədə və Azərbaycanda kəskin etirazla qarşılanıb.

REAL

Nə düşünürsən?